Moskvanın şimalında zərgərlik mağazasından 882 min 431 min dollar məbləğində qızıl-zinət əşyası oğurlamaqda şübhəli bilinən şəxslər yaxalanıb.
ÇıxışYolu.Com TASS-a istinadla xəbər verir ki, hüquq-mühafizə orqanlarındakı mənbə oğruların Azərbaycan vətəndaşları olduğunu bildirib.
“Hazırda iki şübhəli saxlanılıb, onların hər ikisi Azərbaycan vətəndaşıdır. Dəstənin digər üzvləri axtarılır”, – deyə həmsöhbət əlavə edib.
Martın 15-i axşam naməlum şəxslər Moskvanın Leninqrad prospektində yerləşən zərgərlik mağazasını qarət ediblər. Onlar mağaza işçilərini təhdid edərək vitrinləri qırıblar və 50 milyon rubl dəyərində (882 min 431 ABŞ dolları) qızıl-zinət əşyaları götürərək oradan uzaqlaşıblar.
Faktla bağlı quldurluq maddəsi üzrə cinayət işi qaldırılıb.