4bb034c3-b1af-429a-ab6f-32d747c1784f..jpg

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatdı – YENİLƏNİR + FOTO/VİDEO

Baxış sayı: 489 dəfə baxılıb.

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatdı – YENİLƏNİR +
FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Moskva vilayətində yerləşən “Crocus City Hall” konsert kompleksində terror
hücumunda həlak olanların sayı 150 nəfərə çatıb.

Bu barədə “112” “Telegram” kanalı məlumat verib.

Qeyd olunur ki, ölü sayının artacağı istisna edilmir.

13:55

Moskva vilayətində yerləşən “Crocus City Hall” konsert kompleksində terror
hücumunda həlak olanların sayı 115 nəfərə çatıb.

Bu barədə Rusiya İstintaq Komitəsi məlumat verib.

12:26

Moskva vilayətində yerləşən “Crocus City Hall” konsert kompleksində terror
hücumunda həlak olanların sayı 93 nəfərə çatıb.

Bu barədə Rusiya İstintaq Komitəsi məlumat verib.

“112” “Telegram” kanalının məlumatına görə isə, ölənlərin sayı 100,
yaralıların sayı 200-dür.

11:44

Moskva vilayətində yerləşən “Crocus City Hall” konsert kompleksində terror
hücumunda yaralıların sayı 183 nəfərə çatıb. Onlardan səkkizi uşaqdır.

Bu barədə “112” “Telegram” kanalı məlumat yayıb.

Rusiya səhiyyə naziri Mixail Muraşko isə “Rossiya-24” telekanalına bildirib
ki, xəstəxanalara 115 nəfər aparılıb və onlardan
61-nin vəziyyəti ağırdır.

09:58

Moskva vilayətində yerləşən “Crocus City Hall” konsert kompleksində terror
hücumunda ölənlərin sayı 82 nəfərə çatıb.

Bu barədə “112” “Telegram” kanalı öz mənbələrinə istinadla xəbər verib.

Bildirilir ki, ölənlərdən üçü uşaqdır.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva vilayəti üzrə baş idarəsinin rəis
müavini Aleksandr Perequda isə bildirib ki, sözügedən kompleksdə baş verən
yanğının söndürülməsinə bir neçə saat vaxt lazım olacaq:

“Yanğını söndürməyimizə 1,5-2 saat vaxt lazımdır. Sonra içəri girib vəziyyəti
qiymətləndirəcəyik. Bundan sonra görüləcək işlərin hansı ardıcıllıqla yerinə
yetirilməsi və dağıntıların təmizlənməsi dinamikası tam aydın olacaq”.

Qeyd edək ki, yanğının söndürülməsinə 477 nəfər canlı qüvvə, 183 xüsusi
texnika cəlb edilib. Yanğın 13 min kvadratmetrdən çox ərazini əhatə edib.

08:54

Rusiyanın paytaxtı Moskva vilayətində yerləşən “Crocus City Hall” konsert
kompleksində baş verən terror aktında ölənlərin sayı artıb.

Bu barədə “Shot” “Telegram” kanalı öz mənbələrinə istinadla xəbər verib.

Bildirilir ki, ölənlərin sayı 70 nəfərə çatıb.

Mənbədən vurğulanıb ki, onlar ayaqyolunda, bəslənmə otaqlarında (körpələri
yedizdirmək üçün) və təmizlik inventarlarının yığıldığı otaqlarda gizlənsələr
də, yanğının tüstüsündən boğulublar.

02:56

Moskvada “Crocus City Hall” konsert kompleksində baş verən terror aktında
ölənlərin sayı artıb.

Cixisyolu.com xəbər verir ki, bu barədə “Baza” “Telegram” kanalı məlumat yayıb.

İlkin məlumatlara görə, ölənlərin sayı 62 nəfərə çatıb.

Eyni zamanda, binanın bütün otaqları hələ də yoxlanılmayıb.

Bu səbəbdən ölənlərin sayı arta bilər.

Qeyd edək ki, baş verən hadisə nəticəsində yaralananların sayı 147-yə çatıb.

02:07

Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində “Crocus City Hall” konsert
zalında baş vermiş terror aktı nəticəsində yaralananların sayı 147-yə çatıb.

Bu barədə vilayətin Səhiyyə Nazirliyinin verilənlər bazası

ndan məlum olub.

Qeyd edək ki, baş verən hadisə nəticəsində 40 nəfər ölüb.

01:15

Moskvada konsert zalında baş verən hadisə nəticəsində başlayan yanğın
söndürülüb.

Qeyd edək ki, Rusiya İstintaq Komitəsi (İK) Moskvada “Crocus City Hall”
ticarət mərkəzində baş verən terror aktı ilə bağlı cinayət işi açıb.

Xatırladaq ki, bu gün Moskva vilayətinin “Crocus City Hall” konsert salonunda
atışma baş verib. “Crocus City Hall” ticarət mərkəzinə hücum zamanı
zərərçəkənlərin sayı 140 nəfərə çatıb. 15 nəfərin isə öldüyü bildirilir.

Mənbə: TASS

00:38

Rusiya İstintaq Komitəsi (İK) Moskvada “Crocus City Hall” ticarət mərkəzində
baş verən terror aktı ilə bağlı cinayət işi açıb.

Bu barədə Rusiya İK mətbuat xidməti məlumat yayıb.

“Crocus City Hall” konsert zalında baş vermiş insidentdən sonra Rusiya
İstintaq Komitəsinin Baş İstintaq İdarəsi Rusiya Federasiyası Cinayət
Məcəlləsinin 205-ci (terror aktı) maddəsi ilə cinayət işi açıb”, – deyə
bəyanatda qeyd olunub.

Rusiya İstintaq Komitəsinin mərkəzi aparatının istintaq qrupu hadisə yerinə
gedib.

Mənbə: TASS

22.02.2024, 23:36

“Crocus Group”un rəhbəri Araz Ağalarov və “Crocus City Hall”un rəhbəri Emin
Ağalarov hadisə yerindədirlər.

Xatırladaq ki, bu gün Moskva vilayətinin “Crocus City Hall” konsert salonunda
atışma baş verib. “Crocus City Hall” ticarət mərkəzinə hücum zamanı
zərərçəkənlərin sayı 140 nəfərə çatıb. 15 nəfərin isə öldüyü bildirilir.

22.02.2024, 23:16

“Crocus City Hall” ticarət mərkəzinə hücum zamanı zərərçəkənlərin sayı 140
nəfərə çatıb.

Bina yanmağa davam edir. Yanğın sahəsi təxminən üç min kvadratmetr təşkil edir.

Rusiya Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, binada baş verən
yanğının söndürülməsi üçün aviasiyadan istifadə edilir, helikopter yanan binaya
su tökür, daha iki helikopter isə havaya qalxmağa hazırlaşır.

Qeyd olunub ki, “Crocus City Hall”un yaxınlığında içərisində partlayıcı maddə
olan avtomobil ola bilər, Xüsusi Çevik Müdaxilə Dəstələri insanları binadan
uzaqlaşdırırlar.

Həmçinin, yeni çökmənin baş verdiyi də bildirilir. Binadan qışqırıq səsləri
eşidilir.

Mənbə: news.ru

22.02.2024, 23:00

Moskvada “Crocus City Hall” ticarət mərkəzində yeni partlayış səsi eşidilib.

Qeyd olunub ki, bina tam mühasirəyə alınıb. Xüsusi Çevik Müdaxilə Dəstəsi
binaya basqın etməyə başlayıb. Yanğınsöndürənlər də həmçinin binaya daxil
olublar.

Bildirilib ki, terrorçular ticarət mərkəzinin zallarından birində barrikada
qurublar.

Ticarət mərkəzində ilişib qalanların sayı barədə dəqiq məlumat yoxdur.

Verilən məlumata görə, hücum edənlərdən dördü cinayət yerindən qaça bilib.

Mənbə: “BAZA” “Telegram” kanalı

22.02.2024, 22:25

Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində baş vermiş silahlı hücumda
40 nəfər ölüb, 100-dən çox yaralanan var.

Bu barədə “112” “Telegram” kanalı məlumat yayıb.

22.02.2024, 22:08

Moskva vilayətinin “Crocus City Hall” konsert salonunda baş verən atışmada
ölənlərin sayının 15-ə, yaralananların sayının isə 50-yə çatdığı bildirilib.

Bu barədə “Readovka” “Telegram” kanalı məlumat yayıb.

Qeyd edək ki, konsert salonunda partlayış baş verib və tavan çöküb. Eyni
zamanda silahlı iki nəfərin konsert salonuna daxil olaraq insanlara atəş
açmasının görüntüləri də yayılıb.

22.02.2024, 21:42

Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən “Crocus City
Hall”da insanlara atəş açılıb.

Bu barədə “Mash” “Telegram” kanalı məlumat verib.

Məlumata görə, hadisə nəticəsində 12 nəfər ölüb, 35 nəfər yaralanıb.

Şahidlərin sözlərinə görə, naməlum şəxs avtomat silahdan insanlara atəş açmağa
başlayıb. Hazırda ərazidə genişmiqyaslı yanğın başlayıb.


Source link