e5a6e6cc-a539-4ec7-b438-0b81f0129a95..jpg

Moskvadakı terror aktının təşkilində şübhəli bilinənlərin saxlanılmasının TƏFƏRRÜATI – YENİLƏNİB + FOTO/VİDEO

Baxış sayı: 473 dəfə baxılıb.

Moskvadakı terror aktının təşkilində şübhəli bilinənlərin saxlanılmasının
TƏFƏRRÜATI – YENİLƏNİB + FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Crocus City Hall”da terror aktında əli olmaqda şübhəli bilinən şəxslərin
saxlanılmasının təfərrüatı məlum olub.

Bu barədə Rusiya Dövlət Dumasının deputatı Aleksandr Xinşteyn məlumat verib.

Onun sözlərinə görə, şübhəlilərin idarə etdiyi “Renault” markalı avtomobil
gecə saatlarında Bryansk vilayətinin Karaçinski rayonu Xatsun kəndi ərazisində
aşkarlanıb.

“Hüquq-mühafizə orqanlarının əməkdaşlarının tələbinə baxmayaraq, sürücü
maşınını saxlamayıb və qaçmağa cəhd edib. Təqib zamanı atəş açılıb və avtomobil
aşıb. Bir terrorçu yerindəcə saxlanılıb, qalanları isə meşəyə qaçıblar. Axtarış
nəticəsində yerli vaxtla saat 3:50-də ikinci şübhəli aşkar edilərək
saxlanılıb”, – deyə deputat bildirib.

O qeyd edib ki, digərlərinin axtarışı davam etdirilir.

Deputat vurğulayıb ki, avtomobildən bir ədəd PM tapançası, AKM avtomatı üçün
daraq və Tacikistan vətəndaşlarının pasportları aşkar edilib.

10:25

Rusiyanın Moskva vilayətində yerləşən “Crocus City Hall”a hücumda şübhəli
bilinən iki nəfər Bryansk vilayətində ələ keçirilib.

Bu barədə “Baza” “Telegram” kanalı öz mənbələrinə istinadla xəbər yayıb.

Bildirilir ki, cinayətkarların olduğu güman edilən avtomobil Belarus və
Ukrayna ilə sərhəddən bir neçə kilometr aralıda – Tyoplıy kəndi yaxınlığında
saxlanılıb.

İlkin məlumatlara görə, avtomobildə altı nəfər olub: Onlardan dördü qaça
bilib. Qaçan şəxslərin kimliyi məlum olub.

Bunların:

Məhmədrəsul Nəsridinov – 37 yaş;

Rivojidin İsmonov – 51 yaş;

Şoxinjon Safolzoda – 21 yaş;

Rüstəm Nəzərov – 29 yaş olduğu bildirilir. Onların hamısının Tacikistan
vətəndaşları olduğu deyilir.

Hazırda onların terror aktında iştirakları yoxlanılır.

Qaçan dörd nəfərin axtarışına başlanılıb.

01:44

Moskva vilayətində (Rusiya) “Crocus City Hall” konsert zalında terror aktını
təşkil etməkdə şübhəli bilinən şəxslərin qaça bildiyi ehtimal edilən
avtomobilin fotosu yayılıb.

Qeyd olunur ki, terror aktında əli olmaqda şübhəli bilinərək Rusiyanın Tver
vilayətinə aid dövlət nömrə nişanı olan ağ rəngli “Renault” markalı avtomobil
axtarılır. Qeydiyyat nişanının rəqəmləri çox güman ki, saxtadır.

Avtomobil Moskvada, Moskva vilayətində, eləcə də qonşu rayonlarda axtarılır.

Xatırladaq ki, bu gün “Crocus City Hall” konsert salonunda atışma baş verib.
“Crocus City Hall” ticarət mərkəzinə hücum zamanı zərərçəkənlərin sayı 140
nəfərə çatıb. 15 nəfərin isə öldüyü bildirilir.

Mənbə: “Baza” “Telegram” kanalı

Source link