7d87f2b9-01b5-4fdc-91ff-5e9eaf8c464c..jpg

Moskvadakı terrorda zərərçəkənlər arasında azərbaycanlılar da var? – RƏSMİ AÇIQLAMA

Baxış sayı: 527 dəfə baxılıb.

Moskvadakı terrorda zərərçəkənlər arasında azərbaycanlılar da var? – RƏSMİ
AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Moskvada “Crocus City Hall”da baş verən atışmada zərərçəkənlər arasında
azərbaycanlıların olub-olmaması müəyyənləşdirilir”.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər
Nazirliyindən bildirilib.

Qeyd edək ki, Rusiyanın Moskva oblastının Krasnoqorsk şəhərində yerləşən
“Crocus City Hall”a daxil olan naməlum şəxslər insanlara atəş açıblar. Rəsmi
Moskva hadisəni terakt adlanıdırıb. Baş vermiş silahlı hücumda bu dəqiqəyə olan
məlumata görə azı 40 nəfər ölüb, 140-dən çox yaralanan var. Əraziyə cəlb olunan
xüsusi təyinatlılar artıq təmizləmə əməliyyatını icra edirlər.

Source link