91295878-b2f3-42b6-8212-296784b13a16..jpg

Moskvadan Paşinyanın iddialarına cavab: “Bakıdan sülh sazişinə hazırlığın vacibliyi barədə eşitmişik”

Baxış sayı: 562 dəfə baxılıb.

Moskvadan Paşinyanın iddialarına cavab: “Bakıdan sülh sazişinə hazırlığın
vacibliyi barədə eşitmişik”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın baş naziri
Nikol Paşinyanın rəsmi Bakının guya “Qərbi Azərbaycan konsepsiyasını həyata
keçirməsi” ilə bağlı bəyanatını şərh etmək istəməyib.

O, Azərbaycan tərəfinin dövlət səviyyəsində belə bəyanatlarının şahidi
olmadığını deyib.

“Biz ölkə rəhbərliyindən, Azərbaycan rəhbərliyindən fərqli bəyanatlar – bir
mərhələnin başa çatması və sülh müqaviləsi bağlamağa hazır olmaq zərurəti
haqqında eşitmişik. Bu səbəbdən Paşinyanın bəyanatının bu hissəsi ilə bağlı
konkret heç nə deyə bilmərəm”, – deyə Peskov bildirib.

Qeyd edək ki, Nikol Paşinyan bəyan edib ki, guya Azərbaycanın addımları
Ermənistana qarşı yeni döyüşlərə hazırlaşdığını göstərir. Onun sözlərinə görə,
Azərbaycanda guya rəsmi səviyyədə Ermənistan Respublikasını Qərbi Azərbaycan
adlandırmağa başlayıblar.

Mənbə: TASS

Source link