0f38b15c-479b-417c-97b4-0c2a921d9946..jpg

Moskvanın küçələrinin birinə Heydər Əliyevin adı veriləcək – VİDEO

Baxış sayı: 509 dəfə baxılıb.

Moskvanın küçələrinin birinə Heydər Əliyevin adı veriləcək – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya paytaxtı Moskvanın küçələrinin birinə ümummilli lider Heydər Əliyevin
adının verilməsi təklif olunub.

Bu təkliflə Azərbaycan Milli Məlcisinin deputatı Emin Hacıyev çıxış edib.

Millət vəkili təklifini dekabrın 8-də Bakıda Azərbaycan Milli Məclisi ilə
Rusiya Federasiya Şurası arasında ikitərəfli əməkdaşlıq üzrə parlamentlərarası
komissiyanın 20-ci iclasında səsləndirib.

O, 2023-cü ilin Heydər Əliyev İli olduğunu xatırlayaraq bildirib: “Bu gün
Rusiyada Heydər Əliyevi hörmətlə anırlar və xatırlayırlar. Axı Heydər Əliyev ən
məhsuldar illərində Moskvada yaşayıb-yaradıb. Fürsətdən istifadə edib Heydər
Əliyevin adının Moskvadakı küçələrdən birinə verilməsi təşəbbüsü ilə çıxış
etmək istərdim”.

Rusiya tərəfi deputatın təklifinin diqqətə alınaraq həllini tapacağını
söyləyib.

Politoloq Sergey Markov təşəbbüsü Baku TV-yə şərh edərkən deyib ki, bu, çox
yaxşı ideyadır:

“Əminəm ki, təşəbbüs Moskva meri Sobyanin və paytaxt hökuməti, eləcə də Rusiya
ictimaiyyəti tərəfindən dəstəklənəcək. Heydər Əliyev Moskvada çox işləyib və
bütün ölkə üçün çalışıb”.

Daha ətraflı Baku TV-nin süjetində:


Source link