dc18d77e-dec6-4e9e-94b6-195c46d8e2b8..jpg

“Moşu” yubiley yaşında – VİDEO

Baxış sayı: 528 dəfə baxılıb.

“Moşu” yubiley yaşında – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Xalq artisti Valeh Kərimovun 80 yaşı tamam olur.

Cixisyolu.com xatırladır ki, Valeh Kərimov 1944-cü il martın 20-də İranın Şərqi
Azərbaycan ostanının Miyana şəhərində doğulub.

1969-cu ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram
və kino aktyoru fakültəsini bitirdikdən sonra öz aktyor taleyini Sumqayıt
Teatrı ilə bağlayıb.

1990-cı ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür. 1990-cı ildə
“Azərbaycan SSR Əməkdar artisti” adına layiq görülüb.

2000-ci ildə isə “Azərbaycan Respublikasının Xalq artisti” fəxri adına layiq
görülüb, həmçinin Prezident mükafatı alıb.

Valeh Kərimov 2015-ci ildən etibarən Gəncə Dövlət Dram Teatrında aktyor və
rejissor kimi fəaliyyət göstərir. 2020-ci ilin iyunun 4-də “Vaqif Səmədoğlu”
medalı ilə təltif edilib.

2023-cü ilin mart ayında Mingəçevir Dövlət Dram Teatrında aktyor və quruluşçu
rejissor kimi işə başlayıb.

Valeh Kərimov teatrda və kinoda çoxlu sayda maraqlı obrazlar yaratsa da,
xalqın yadında “Bəxt üzüyü” filmindəki “Moşu” obrazı ilə daha çox qalıb, daha
çox sevilib.


Source link