Futbol üzrə İngiltərə Premyer Liqasında 13-cü tura start verilib.
ÇıxışYolu.Com xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma keçirilib.
Açılış matçında baş məşqçi postuna Joze Mourinyonu gətirən “Tottenhem” “Vest Hem”in qonağı olub. Portuqaliyalı mütəxəssis debüt matçında çətin qələbəyə sevinib.
“Arsenal” bu turda “Sauthempton”u, “Liverpul” isə “Kristal Pelas”ı sınağa çəkib. London klubu xal itirdiyi halda, Premyer Liqanın lideri turu qələbə ilə başa vurub.
Turun mərkəzi görüşündə “Mançester Siti” “Çelsi” ilə üz-üzə gəlib. Üç qolun qeydə alındığı matç meydan sahiblərinin əzmkar qələbəsiylə bitib.
İngiltərə Premyer Liqası
13-cü tur
23 noyabr
“Vest Hem” – “Tottenhem” – 2:3
Qolllar: M.Antonio, 73. Oqbonna, 90+6 – Son, 36. Lukas, 43. H.Keyn, 49.
“Arsenal” – “Sauthempton” – 2:2
Qollar: Lakazette, 18; 90+6 – İnqs, 8. Uord-Prouz, 71
“Bornmut” – “Vulverhempton” – 1:2
Qollar: Kuk, 59 – Moutinyo, 21. R.Ximenes, 31.
“Brayton” – “Lester” – 0:2
Qollar: A.Peres, 64. C.Vardi, 82-pen.
“Kristal Pelas” – “Liverpul” – 1:2
Qollar: Zaha, 82 – Mane, 49. Firmino, 85.
“Everton” – “Norviç” – 0:2
Qollar: Kantvell, 55. Srbeni, 90+2.
“Uotford” – “Bernli” – 0:3
Qollar: Vud, 53. Barnes, 82-pen. Tarkovski, 88.
“Mançester Siti” – “Çelsi” – 2:1
Qollar: De Breyne, 29. Mahrez, 37 – Kante, 21.