Mourinyo “Real”a qayıtması ilə bağlı söz-söhbətə aydınlıq gətirdi

Baxış sayı: 3. 652 dəfə baxılıb.

Mourinyo “Real”a qayıtması ilə bağlı söz-söhbətə aydınlıq gətirdi

“Mançester Yunayted” klubunun baş məşqçisi Joze Mourinyo Madridin “Real” klubuna qayıtması ilə bağlı söz-söhbətə aydınlıq gətirib. 

ÇıxışYolu.Com “Squawka” nəşrinə istinadən xəbər verir ki, Mourinyo iş yerini dəyişmək fikrində olmadığını bildirib. 

“Mən burada xoşbəxtəm. Müqavilədə nəzərdə tutulan müddətədək işləmək istəyirəm və böyük məmnuniyyətlə burada qalardım. Mən yalnız “Mançester Yunayted” haqqında düşünürəm”, – deyə o vurğulayıb.

Qeyd edək ki, Mourinyo 3 il “Real”ın baş məşqçisi olub. 

www.ÇıxışYolu.Com