Mourinyo: “Roma”da gənclərə yer vermək lazımdır”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Roma” klubunun baş məşqçisi Joze Mourinyo İtaliya klubunda qalmaq istədiyini
bildirib.
“Roma”da işləməyə davam etmək istəyirəm. “Roma”da qalsam, maliyyə feyr-pley
məhdudiyyətlərimizi ciddi şəkildə düşünməli olacağıq, çünki daha gənc
oyunçularla işləmək və onlara şans vermək daha yaxşı olardı”, – deyə planlarını
açıqlayan Joze Mourinyo qeyd edib.
Qeyd edək ki, təcrübəli mütəxəssisin “Roma” ilə hazırkı müqaviləsi 2024-cü
ilin yayına kimi nəzərdə tutulub.
Mənbə: Sky Sports