“Çelsi” və “Mançester Yunayted” klublarının sabiq baş məşqçisi Joze Mourinyu Braziliya millisini çalışdıra bilər.
“A Bola” nəşrinin məlumatına görə, Braziliya Futbol Federasiyasının nümayəndələri portuqaliyalı mütəxəssislə təmas qurublar.
Braziliya millisi Titenin rəhbərliyi altında Amerika Kubokunda uğur qazana bilməsə, Mourinyuya müqavilə imzalamaq təklif olunacaq.
Mourinyu klublarda çalışmağa üstünlük versə də, Braziliya Futbol Federasiyası mütəxəssisi millinin sükanı arxasına keçməyə inandırmağa cəhd edəcək.