“Mançester Yunayted”in keçmiş baş məşqçisi Joze Mourinyu “Lion”un təklifindən imtina edib.
“Sports.ru” xəbər verir ki, portuqaliyalı mütəxəssis fransız klubunun rəhbərliyinə təklifləri üçün minnətdarlığını bildirib, lakin bu təklifi qəbul etməyib.
O da qeyd olunur ki, Mourinyu ingilis klubuna başçılıq etməyi planlaşdırır.
Daha əvvəl Jozenin “Tottenhem Hotspur” komandasında Maurisio Poçettinonu əvəzləyəcəyi bildirilirdi. Lakin Poçettinonun “Tottenhem”lə mövcud müqaviləsinin müddəti 2023-cü ilin yayında bitəcək.
Qeyd edək ki, Mourinyunun sonuncu iş yeri “Mançester Yunayted” olmuşdu. 2018-ci ilin dekabrında o, komanda ilə yollarını ayırıb. Hazırda 56 yaşlı mütəxəssis işsizdir.