4647b366-88fd-48c3-bd8c-3f09fbfe6258..jpg

Mövlud Çavuşoğlu Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB + FOTO

Baxış sayı: 359 dəfə baxılıb.

Mövlud Çavuşoğlu Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB +
FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Böyük Millət Məclisinin NATO Parlament Assambleyasındakı Nümayəndə
Heyətinin rəhbəri Mövlud Çavuşoğlu Şəhidlər xiyabanını ziyarət edib.

“Report”un xəbərinə görə, qonaq Azərbaycanın suverenliyi və ərazi bütövlüyü
uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad edib, məzarları
üzərinə tər güllər düzüb.

O, “Əbədi məşəl” abidəsi önünə əklil qoyub.

M.Çavuşoğlu Türk Şəhidliyini də ziyarət edib və oradakı xatirə dəftərinə ürək
sözlərini yazıb.

11:15

Mövlud Çavuşoğlu ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin NATO Parlament
Assambleyasındakı Nümayəndə Heyətinin rəhbəri Mövlud Çavuşoğlu bu gün Fəxri
xiyabana gələrək ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı
və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.

“Report” xəbər verir ki, o, ulu öndər Heydər Əliyevin məzarı önünə əklil qoyub.

Daha sonra görkəmli oftalmoloq alim akademik Zərifə Əliyevanın xatirəsi
ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Qeyd edək ki, səfər aprelin 5-də başa çatacaq.

Source link