Mövlud Çavuşoğlu: Türkiyəni qorxuzmaq olmaz

Baxış sayı: 2. 177 dəfə baxılıb.

Mövlud Çavuşoğlu: Türkiyəni qorxuzmaq olmaz

Türkiyə heç kimin təhdidlərinə boyun əyməyəcək, qanunun aliliyi isə istisnasız hamıya şamil edilir. 

ÇıxışYolu.Com xəbər verir ki, bunu ABŞ-ın Dövlət katibi Mayk Pompeo ilə telefon danışığı zamanı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Daha öncə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Xezer Nauert bildirmişdi ki, Pompeo Çavuşoğlu ilə telefon söhbəti zamanı növbəti dəfə rahib Endryü Bransonun azad olunmasını tələb edib. 

Xatırladaq ki, İzmirdə yaşayan protestant rahib 2017-ci ildə PKK və FETÖ ilə əlaqələrdə ittiham edilərək həbs olunub.

İyulun 25-dən o, ev dustağıdır. Prokurorluq onun 35 il azadlıqdan məhrum edilməsini tələb edir.

ABŞ Bransonun azad edilməyəcəyi Təqdirdə Türkiyəyə qarşı sanksiyalar tətbiq edəcəyini bildirb.

www.ÇıxışYolu.Com