a9f0662a-9540-4ba8-9a4d-95e0caf8da11..jpg

Mövsümün ilk yarısında Azərbaycanda ən çox qol vurulmuş oyunlar açıqlanıb

Baxış sayı: 525 dəfə baxılıb.

Mövsümün ilk yarısında Azərbaycanda ən çox qol vurulmuş oyunlar açıqlanıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2023/2024 mövsümünün ilk yarısında Azərbaycan çempionatlarında və ölkə
kubokunda ən çox qol vurulmuş qarşılaşmalar bəlli olub.

Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Bildirilib ki, ən məhsuldar oyunlarında 10 qol qeydə alınıb.

Azərbaycan Kubokunun “İrəvan” – “Araz-Naxçıvan” və II Liqanın “Göygöl” –
“Şəmkir” matçlarının hər ikisi 8:2 hesabı ilə bitib. Kubokda qonaqlar, aşağı
liqada meydan sahibləri qalib gəliblər.

İki dəfə 9 qol vurulub. Bu qarşılaşmalar Əvəzedicilər Liqası və II Liqada baş
tutub. 10 oyun isə 8 qolla yekunlaşıb. Ümumilikdə 14 dəfə ən azı 8 top vurulub.

Azərbaycan Premyer Liqasının ən məhsuldar matçında “Qarabağ” “Kəpəz”i 7:1
hesabı ilə üstələyib. 2023/24 mövsümünün ən azı 8 qol vurulan oyunlarının biri
Premyer Liqa, biri Azərbaycan Kuboku, biri I Liqa, üçü Əvəzedicilər Liqası,
səkkizi II Liqaya təsadüf edib.

8 və daha çox qolun vurulduğu oyunlar:

14.11.2023. 2L. “Göygöl” – “Şəmkir” 8:2

19.12.2023. AK. “İrəvan” – “Araz-Naxçıvan” 2:8

25.09.2023. 2L. “Kür-Araz” – “Kürmük Qax” 6:3

06.11.2023. 2L. “Şahdağ Qusar” – “Dinamo” 9:0

13.08.2023. ƏL. “Araz-Naxçıvan” – “Qəbələ” 2:6

11.09.2023. 2L. “Qusar” – “Şəmkir” 7:1

21.09.2023. 1L. “Şamaxı” – “Araz Saatlı” 8:0

01.10.2023. ƏL. “Turan Tovuz” – “Neftçi” 0:8

24.10.2023. 2L. “Şəfa” – “Cəbrayıl” 2:6

31.10.2023. 2L. “Cəbrayıl” – “Ağdaş” 5:3

04.11.2023. APL. “Qarabağ” – “Kəpəz” 7:1

27.11.2023. ƏL. “Neftçi” – “Araz-Naxçıvan” 8:0

05.12.2023. 2L. “Kür-Araz” – “Lerik” 7:2

15.12.2023. 2L. “Lerik” – “Dinamo” 4:4

APL – Azərbaycan Premyer Liqası, AK – Azərbaycan Kuboku, ƏL – Əvəzedicilər
Liqası, 1L – 1-ci Liqa, 2L – 2-ci Liqa

Source link