Mozambikdə ağır yol qəzası nəticəsində 21 nəfər ölüb, 30 nəfər yaralanıb.
ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə “Club of Mozambique” məlumat yayıb.
Qəza Maputo şəhərinin yaxınlığında baş verib.
İlkin məlumata əsasən, avtomobil bir neçə maneəyə çırpılaraq, piyada körpüsünə daxil olub.
Ölənlərin əksəriyyəti gənclərdir.
Qəzanın səbəbi hələlik məlum deyil. Lakin sürücünün sərxoş olduğu istisna edilmir.
Yerli “O Pais” qəzetinin xəbərinə görə, bu, ölkədə baş verən ən ağır avtomobil qəzasıdır.
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com