Mqer Qriqoryan: “Delimitasiya komissiyalarının növbəti görüşü yanvarın sonunda
baş tutacaq”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası üzrə
komissiyaların növbəti görüşü yanvarın sonunda baş tutacaq”.
Bu sözləri Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan deyib.
O, görüş yerinin və tarixinin dəqiqləşdirildiyini vurğulayıb.
“Sərhədin delimitasiyası üzrə komissiyaların növbəti iclası yanvarın sonunda
baş tutacaq, konkret gün, vaxt və yer əlavə olaraq razılaşdırılmalıdır”, – deyə
nazir müavini qeyd edib.
M.Qriqoryanın sözlərinə görə, ilkin razılaşmalara əsasən, iclasda
komissiyaların birgə fəaliyyətinə dair əsasnamə layihələrinə baxılacaq, burada
isə birgə iş zamanı istifadə olunacaq sənədlərin və hüquqi əhəmiyyət kəsb edən
hüquqi aktların növləri müəyyən edilməlidir.
Xatırladaq ki, sonuncu dəfə Azərbaycan və Ermənistanın delimitasiya
komissiyalarının iclasıkeçən il noyabrın 30-da
Qazax-İcevan sərhədində baş nazirlərin müavinləri Şahin Mustafayevin və Mqer
Qriqoryan rəhbərliyi ilə baş tutub.
Mənbə: TASS