MSK 603 beynəlxalq müşahidəçini qeydə alıb

MSK 603 beynəlxalq müşahidəçini qeydə alıb

Baxış sayı: 3. 843 dəfə baxılıb.

Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkilərini müşahidə etmək üçün 603 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında (MSK) qeydiyyatdan keçib.

Mərkəzi Seçki Komissiyasından ÇıxışYolu.Com-a verilən məlumata görə, seçkiləri 52 beynəlxalq təşkilatın nümayəndələri müşahidə edəcək, Azərbaycana gələn beynəlxalq müşahidəçilər 54 ölkəni təmsil edirlər.

Dairə seçki komissiyalarında isə müşahidə aparmaq üçün 55 min 965 yerli müşahidəçi qeydiyyatdan keçib.

www.ÇıxışYolu.Com