MSK ATƏT-dən razıdır

MSK ATƏT-dən razıdır

Baxış sayı: 3. 099 dəfə baxılıb.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTHİB) Azərbaycanda prezident seçkilərinin müşahidəsi üzrə fəaliyyəti normal davam edir.

ÇıxışYolu.Com-ın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

M.Pənahov qeyd edib ki, onların fəaliyyəti normal gedir, artıq aralıq hesabatla çıxış ediblər:

“Bizim razılaşmadığımız müəyyən məqamlar da var.

Ondan başlayım ki, Azərbaycan yerində dayanmır, yəni inkişaf edir, dünyada tanınır. Bu reallıqdır, faktdır.

Ölkəmiz haqqında müsbət fikirlər var. Problem isə hər yerdə mövcuddur.

Düşünürəm ki, ölkə inkişaf etməklə münasibətlər, yanaşma da dəyişir. Azərbaycan, belə demək mümkünsə, demokratik ailənin bir hissəsidir.

Konkret olaraq ATƏT-ə gəldikdə isə, bəli, yuxarıda deyilənlər bu təşkilata da aiddir. Bizim münasibətlərimiz, əlbəttə, 2000-ci illərin əvvəllərindəki kimi deyil.

“Biz hazırda fəal şəkildə əməkdaşlıq edirik”.

MSK sədri bildirib ki, müşahidə prosesinin özü çox həssas işdir:

“Bu işin məqsədi nöqsanları aşkar etmək və qeydə almaqdır.

Məhz o zaman aydın olur ki, kim konstruktiv mövqeyə sahibdir, kim yox.

Bəziləri üçün nöqsanlar seçki prosesinə aidiyyəti olmayan məsələləri reallaşdırmağa bir bəhanədir”.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com