Bütün maraqlanan tərəflər, o cümlədən beynəlxalq təşkilatlar Azərbaycanda prezident seçkiləri ilə bağlı istənilən sənədlə tanış ola bilər.
ÇıxışYolu.Com-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov adıçəkilən qurumun bu gün keçirilən iclasında deyib.
MSK sədri bildirib ki, Azərbaycanda seçkilər demokratik və şəffaf şəkildə keçirilir və istənilən tərəf bu prosesdə müşahidə apara bilər.
“Bu format axıra kimi davam edəcək. Onlar nə vaxt istəsələr, prosesdə iştirak edəcəklər”, – deyə M. Pənahov qeyd edib.