Martın 28-də Mərkəzi Seçki Komissiyasında (MSK) yaradılan veb-kameralara texniki nəzarət mərkəzi ilə tanışlıq olub.
ÇıxışYolu.Com xəbər verir ki, tədbirdə MSK sədri Məzahir Pənahov, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə iştirak ediblər.
MSK sədri bildirib ki, aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar ölkə üzrə fəaliyyət göstərəcək seçki məntəqələrinin 20 faizində veb-kameralar quraşdırılıb.
M.Pənahovun sözlərinə görə, məqsəd seçki prosesində şəffaflığın təmin edilməsidir.
“Prezident seçkiləri ilə bağlı ölkə ərazisindəki seçki məntəqələrinin artıq 20 faizində – 1000 seçki məntəqəsində kamera quraşdırılıb.
1000 kameranın quraşdırıldığı məntəqələr ölkənin bütün bölgələrini əhatə edir.
Seçki günü istənilən internet istifadəçisi MSK-nın rəsmi saytına daxil olmaqla səsvermənin gedişini canlı izləyə bilər”, – deyə MSK sədri əlavə edib.
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com