MSK seçki bülletenlərinin DSK-lara təhvil verilməsini başa çatdırıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Fevralın 7-də keçiriləcək prezident seçkisi ilə əlaqədar Mərkəzi Seçki
Komissiyası (MSK) tərəfindən seçki bülletenlərinin dairə seçki komissiyalarına
(DSK) paylanması prosesi başa çatıb.
Secki-2024.az saytı xəbər verir ki, seçki bülletenləri Naxçıvan Muxtar
Respublikasındakı seçki dairələri, işğaldan azad olunmuş ərazilərdəki seçki
məntəqələrinin aid olduğu seçki dairələri, həmçinin respublikanın ucqar
bölgələrini əhatə edən seçki dairələri də daxil olmaqla, ölkənin digər bütün
seçki dairələrinə təhvil verilib.
Bununla da proses tam yekunlaşdırılıb.
Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydada seçki bülletenləri dairə seçki
komissiyalarına paylandıqdan sonra, səsvermə gününə azı 3 gün qalmışadək dairə
seçki komissiyalarından məntəqə seçki komissiyalarına verilməlidir.
Qeyd edək ki, yanvarın 24-dən etibarən seçki bülletenlərinin çapına başlanılıb
və 6 524 203 seçki bülleteni çap olunub.