ddb301f4-e4ea-4ab4-85e4-598e76408db8..jpg

MSK-ya daxil olan müraciəti Baş Prokurorluq araşdıracaq

Baxış sayı: 577 dəfə baxılıb.

MSK-ya daxil olan müraciəti Baş Prokurorluq araşdıracaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti
iclası keçirilib. İclasda Komissiyaya daxil olmuş müraciətə baxılıb.

Bu barədə “Report”a Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və
kommunikasiya şöbəsindən bildirilib.

Beynəlxalq müşahidə missiyası təmsilçilərinin, habelə media nümayəndələrinin
iştirak etdiyi iclasda öncə həyata keçirilən araşdırılma prosesi barədə ətraflı
məlumat verilib. Bildirilib ki, daxil olmuş müraciətlə əlaqədar, vətəndaşların
seçki hüquqlarının daha səmərəli təmin olunması üçün Mərkəzi Seçki Komissiyası
nəzdində ekspert qrupunun üzvü tərəfindən hərtərəfli və obyektiv araşdırma
aparılıb, müvafiq rəy verilib və seçki qanunvericiliyində nəzərdə tutulmuş
müddətdə və qaydada, operativ şəkildə iclasa çıxarılaraq Komissiya üzvlərinin
müzakirəsinə təqdim olunub.

Mərkəzi Seçki Komissiyasının iclasında aparılan geniş müzakirələrdən sonra
müraciətin aidiyyəti üzrə araşdırılması üçün Azərbaycan Respublikasının Baş
Prokurorluğuna göndərilməsinə qərar verilib.

Source link