MSK yaxın günlərdə beynəlxalq müşahidəçilərə dəvət məktubu göndərəcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşları da növbədənkənar prezident
seçkilərində iştirak etməlidirlər. Bunun üçün onlara şərait yaradılmalıdır”.
Cixisyolu.com xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyası (MSK) sədri
Məzahir Pənahov bu gün keçirilən iclasda məlumat verib.
“Prezident seçkilərində ölkənin kənarında olan seçicilərə də biz şərait
yaratmalıyıq”, – deyə MSK sədri bildirib.
O, həmçinin, seçkiləri izləyəcək beynəlxalq müşahidəçilərə də yaxın günlərdə
dəvət məktubu göndəriləcəyini söyləyib:
“Seçki Məcəlləsinin tələbinə görə beynəlxalq müşahidəçiləri üç orqan dəvət
etmək hüququna malikdir”.
Aysel Aslan