75f3e41a-93fe-47d2-aedd-393a16c515f4..jpg

MTN-in həbs etdiyi iş adamı məhkəmə zalından azadlığa buraxıldı

Baxış sayı: 445 dəfə baxılıb.

MTN-in həbs etdiyi iş adamı məhkəmə zalından azadlığa buraxıldı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dələduzluğa görə həbs edilən iş adamı Elçin Ağacanovun məhkəməsi başa çatıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Nərimanov Rayon Məhkəməsində
keçirilən prosesdə E.Ağacanov Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq –
xeyli miqdarda zərər vurmaqla) maddəsi ilə təqsirli bilinib.

Araşdırmalar zamanı məlum olub ki, “Geocom” şirkətinin təsisçisi olan
E.Ağacanov Bakıda tanınmış onkoloqlardan olan A.Quliyevanın (şərti soyadlı)
etibarından istifadə edərək onun tanışını Dövlət Vergi Xidmətində vəzifəsinə
bərpa edəcəyinə vəd verib. Bunun qarşılığında Elçin Ağacanov xanım həkimdən 26
600 manat alıb. Lakin o, vədinə əməl etməyərək pulları ələ keçirib. Pulunu ala
bilməyən A.Quliyeva hüquq-mühafizə orqanlarına müraciət edib və Elçin Ağacanov
həbs edilib.

Barəsində cinayət işinin açılmasından və həbs edilməsindən sonra E.Ağacanov
aldığı pulları geri qaytarıb.

Nərimanov Rayon Məhkəməsinin 1 dekabr tarixli hökmü ilə o, 6000 manat cərimə
edilib və məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Elçin Ağacanov 2011-ci ildə MTN-in keçirdiyi əməliyyat zamanı da
dələduzluq ittihamı ilə saxlanılıb.

Source link