7c33ada0-bb79-4ad3-960c-ca3fac3bdffc..jpg

Müəllimi ilə mübahisə edən tanınmış rusiyalı idmançı itkin düşüb

Baxış sayı: 522 dəfə baxılıb.

Müəllimi ilə mübahisə edən tanınmış rusiyalı idmançı itkin düşüb

Fiqurlu konkisürən, yeniyetmələr arasında Rusiya çempionu Alina Qorbaçova
itkin düşüb.

16 yaşlı istedadlı idmançının anası mətbuata verdiyi açıqlamada bildirib ki,
qızı sonuncu dəfə Moskva şəhərindəki parklardan birinə girərkən görüntülənib.

Qadının sözlərinə görə, hələ ki, hüquq-mühafizə orqanlarının əlində yalnız
müşahidə kameraları tərəfindən çəkilən qeydləri var. Qeydlərdə Alinanın parka
necə girdiyi görünür, lakin idmançının yaşıl zonanı tərk etməsi barədə
görüntülər mövcud deyil.

Rusiya mətbuatında yayılan digər məlumata görə isə, Alina Qorbaçova ötən gün
məşq zamanı müəllimi ilə mübahisə edərək olduğu arenadan çıxıb gedib.

Mənbə: BAZA

Source link