a9532aeb-d365-4dfa-b84b-717694666591..jpg

Müəllimin ölümünə səbəb olan sürücüyə hökm oxundu

Baxış sayı: 560 dəfə baxılıb.

Müəllimin ölümünə səbəb olan sürücüyə hökm oxundu

Qubada sərxoş vəziyyətdə idarə etdiyi avtomobillə ana və iki azyaşlı uşağını
vuran 41 yaşlı Süleyman Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa
çatıb.

“Qafqazinfo”nun məlumatına görə, qəza nəticəsində ana – Günay Fərzəliyeva
ölüb, uşaqları isə xəsarət alıblar.

Məhkəmədə G.Fərzəliyevanın həyat yoldaşı hüquqi varis kimi tanınıb.

Təqsirləndirilən şəxs günahını boynuna alsa da, məhkəmədə ifadə verməkdən
imtina edib. Onun istintaqdakı ifadəsindən məlum olub ki, hadisə baş verən vaxt
toydan qayıdırmış. Həmin gün toyda dostları ilə spirtli içki qəbul edib, içkili
vəziyyətdə öz avtomobili ilə yola çıxıb. O, qəza vaxtı özündə olmadığına görə
hadisəni tam xatırlamadığını deyib.

Məhkəmənin hökmü ilə S.Məmmədov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, hadisə ötən ilin oktyabrında baş verib. Quba şəhər sakini
Süleyman Məmmədov hadisəni “Hyundai Sonata” markalı avtomobili ilə törədib.

Qeyd edək ki, qəza nəticəsində vəfat edən G.Fərzəliyeva Quba rayonu, Çingiz
Mürsəlov adına Vəlvələ kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı
müəllimi olub.

Source link