Müəllimlərin işə qəbulu növbəti tədris ilində başa çatacaq

Müəllimlərin işə qəbulu növbəti tədris ilində başa çatacaq

Baxış sayı: 2. 280 dəfə baxılıb.

Müəllimlərin işə qəbulu növbəti tədris ilində başa çatacaq

Azərbaycanda müəlimlərin işə qəbulu üzrə test imtahanlarının iyul ayının 16-dan 31-dək keçiriləcək.

Oxu.Az-ın məlumatına görə, bunu Təhsil İşçilərinin Peşə İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin müdiri Murad Camalzadə deyib.

Onun sözlərinə görə, imtahanlar bitdikdən sonra müsabiqənin vakant yerlərin seçimi prosesi başlanacaq:

“Avqustun ikinci yarısında bütün proses tam olaraq yekunlaşacaq. Bu o demək deyil ki, müəllimlərin işə qəbulu prosesinin yekunlaşması tam olaraq yekunlaşacaq.

Müsabiqə yalnız müddətsiz müqavilə ilə işə qəbul üçün həyata keçirilmir. Müsabiqə nəticəsində toplanılan bal əsasında heç bir vakansiya ilə təmin edilməyən şəxslərin müddətli əmək müqaviləsi ilə işə qəbulu da reallaşacaq”.

Murad Camalzadə qeyd edib ki, müəllimlərin işə qəbul prosesi növbəti tədris ilində başa çatması ehtimal edilir.

İlhamə Əbülfət
www.ÇıxışYolu.Com