Müəllimlərin istənilən rayona mümkün yerdəyişmələri barədə RƏSMİ CAVAB + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İş yerini dəyişdirmək istəyən müəllimlər üçün növbəti vakansiya seçimi
başladı. Bakı, Sumqayıt və Abşerona yerdəyişmə mümkün olmayacaq. Müəllimlərin
iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə bu
gün saat 11:00-da start verilib.
Proseslə bağlı “Xəzər Xəbər”ə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət
Agentliyindən məlumat verilib.
Qeyd edilib ki, yerdəyişmə prosesində son işlədiyi təhsil müəssisəsində üç
ildən artıq çalışan müəllimlər iştirak edirlər.
Vakansiya seçimi üçün elektron sistem 29 aprel saat 11:00-dək aktiv olacaq.
Məlumat üçün bildirək ki, müəllimlərin yerdəyişməsi Naxçıvan Muxtar
Respublikasında da ilk dəfə olaraqhəyata keçiriləcək
Naxçıvanın MR Təhsil Nazirliyindən verilən məlumata görə, müəllimlər
qarşılıqlı razılıq əsasında iş yerlərini dəyişə biləcəklər.
Müvəqqəti qaydalara əsasən, hərbçi və şəhid ailə üzvlərinin iş yerinin
dəyişdirilməsi prosesi ildə bir dəfə nazirlik tərəfindən həyata keçiriləcək.
Ətraflı süjetdə: