Müəssisələr maaşları niyə gecikdirir? – AÇIQLAMA + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Maaşın gecikməsi ilə hər kəs qarşılaşa bilir. Lakin iddia olunur ki, bir çox
hallarda şirkətlər əməkhaqqı ödənişlərini qəsdən gecikdirirlər. Hesab edilir
ki, müəssisələr maaşları başqa istiqamətə yönəltməklə əlavə gəlir əldə edirlər.
Maraqlıdır, belə iddialar nə dərəcədə əsaslıdır?
İqtisadçı Xalid Kərimli müəssisələrin bu yolla gəlir əldə etməsinin mümkün
olduğunu bildirib:
“Amma ümumi şəkildə bütün ödənişləri gecikdirən müəssisələrin bu fikirlə
fəaliyyət göstərdiyini düşünmək yanlış olardı. Çünki müəssisəni idarə edənlər
bilirlər ki, həm əməkhaqqı, həm də təchizatçılara ödənişləri gecikdirmək onlar
üçün daha ciddi problemlər yarada bilər”.
Bəs işəgötürənlər işçilərə əməkhaqqı ödənişlərinin gecikdirilməsinə görə
qanunla məsuliyyət daşıyırlarmı?
Hüquqşünas Sahib Məmmədov bildirib ki, əməkhaqqının verilməsində işəgötürənin
təqsiri səbəbindən gecikmə olarsa, hər gecikdirilmiş gün üçün işçiyə bir faiz
əlavə ödəniş edilməlidir.
Hüquqşünas əlavə edib ki, işçiyə əməkhaqqı təyin olunmuş vaxtda verilməlidir.
Həmin gün istirahət və bayram günlərinə düşərsə, işçinin maaşı bir gün əvvəl
ödənilməlidir.
Daha ətraflı Baku TV-nin süjetində: