00094e9d-0945-472b-a559-1390dc594a2c..jpg

Mübariz İbrahimov məzarının başında hərbçi yoldaşları tərəfindən anıldı – FOTO/VİDEO

Baxış sayı: 537 dəfə baxılıb.

Mübariz İbrahimov məzarının başında hərbçi yoldaşları tərəfindən anıldı –
FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Torpaqlarımızın müdafiəsi uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksələn
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anadan olmasının ildönümünə
həsr olunmuş anım mərasimləri keçirilib.

Mərasimlərdə Müdafiə Nazirliyinin, Biləsuvar Rayon İcra Hakimiyyətinin,
Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin və ictimaiyyətin
nümayəndələri, müəllim-şagird heyəti, eləcə də digər qonaqlar iştirak ediblər.

Hərbi qulluqçular igidimizin məzarını ziyarət edərək üzərinə gül dəstələri
qoyub, xatirəsinə ehtiram nümayiş etdiriblər.

Anım mərasimlərində əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və
ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik
sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Çıxış edənlər M.İbrahimovun göstərdiyi şücaət və igidlik nümunələrindən,
qəhrəmanımızın Vətən yolunda canından keçərək gənclərə örnək olacaq bir addım
atmasından danışıblar. M.İbrahimovun göstərdiyi rəşadətin Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanıİlham Əliyev
tərəfindən yüksək qiymətləndirildiyi xüsusi qeyd olunub.
Həmçinin hərbi qulluqçularımız tərəfindən şəhidimizin doğulub boya-başa
çatdığı Biləsuvar rayonundakı evi də ziyarət olunub.

Milli Qəhrəmanın ailə üzvləri M.İbrahimov haqqında xatirələrini bölüşüblər,
şəhidlərə göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandana, eləcə
də Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Milli Qəhrəmanın doğum gününə həsr olunmuş mərasimlər çərçivəsində şeirlər
səsləndirilib, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin
solistləri tərəfindən tədbir iştirakçılarına vətənpərvərlik mövzusunda
musiqilər təqdim olunub.


Source link