Mübariz Mənsimov və qardaşı barəsində məhkəmə iddiası qaldırıldı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov və qardaşı Mais Mənsimov
barəsində məhkəmə iddiası qaldırılıb.
Cixisyolu.com xəbər verir ki, iddia müqavilənin etibarsız hesab olunması tələbi üzrə
qaldırılıb.
Belə ki, məhkəmə iddiası Vüsalə Asəf qızı Mənsimova tərəfindən irəli sürülüb.
Məhkəmə iclası Bakı Apellyasiya Məhkəməsinin hakimi İkram Şirinovun sədrliyi
ilə aprel ayının 2-də saat 10:00-da keçiriləcək.
Xatırladaq ki, iddia ilə bağlı 7 noyabr və 19 dekabr 2023-cü il tarixlərində
iki iclas keçirilib.
Qeyd edək ki, “Palmali Gemicilik ve Acentelik Anonim Şirketi”nin
Azərbaycandakı filialının hazırda dövlət büdcəsinə vaxtında ödənilməyən vergi
borcu da var.