61d13bc5-dae8-4987-b42e-80253ec0f5b0..jpg

Mübariz Mənsimova məxsus şirkətin gəmisində yanan şəxs kompensasiya ala bilmir – FOTO

Baxış sayı: 473 dəfə baxılıb.

Mübariz Mənsimova məxsus şirkətin gəmisində yanan şəxs kompensasiya ala bilmir
– FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Palmali” şirkətlər qrupundan şikayət var.

Bu barədə Cixisyolu.com-a Mübariz Mənsimova məxsus şirkətin gəmilərinin birində
xəsarət alanNəsimi Şükürov şikayət ünvanlayıb.

N.Şükürov bildirib ki, şirkətin “Şəhid Adil İbrahimli” adını daşıyan tanker
gəmisində çalışdığı vaxt iş qəzası baş verib:

“Oktyabrın 27-də saat 4 radələrində gəmidə yük anbarını yuyurdum. Bu zaman
kimyəvi yuyucu maddə üzərimə töküldü və beldən aşağı hissəmdə, qollarımda
birinci-ikinci dərəcəli yanıq xəsarətləri yarandı. Məni təcili olaraq
Ukraynanın İzmail şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirdilər.

Orada 20 gün müalicə aldıqdan sonra xəstəxananın antisanitar vəziyyəti məndə
digər xəstəliklərin yaranmasına gətirib çıxardı. Nəticədə mən Azərbaycana
gəlib, müalicəmi burada davam etdirirəm. Hadisədən sonra mən “Palmali”
şirkətindən sığorta və kompensasiya tələb etdikdə: “şirkət adına ərizə yaz, nə
lazımdırsa ediləcək”, – deyildi. Amma heç bir kömək edilmədi. Bu üç ay ərzində
məni ona-buna yönəltdilər”.

Şikayətçi deyib ki, “Palmali” şirkəti üzərlərinə düşən öhdəlikləri yerinə
yetirmək istəmir:

“Bu ilin yanvarın 12-də “Palmali” şirkətindən məni Bakı ofisinə çağırıb, 2 500
manat pul vermək istədilər. Elə danışdılar ki, sanki heç bir hadisə olmayıb,
yardım məqsədilə eləcə mənə kompensasiya verirlər.

Halbuki həkim və dərmanlara xərclədiyim pul 1 570 manat təşkil edir, mənim
xərclədiyim pulu çıxsaq, 930 manat mənə kompensasiya verirlər. Mən verilən 2
500 manatdan imtina etdim. Hadisə şirkətlə bağladığım müqavilə bitməyinə üç ay
qalmış baş verib.

Onlar üç aylıq maaşımı da verməlidirlər. Eyni zamanda, sığorta və müalicə
pulum da ödənilməlidir. Amma “Palmali” şirkətlər qrupu öz öhdəliyindən boyun
qaçırır. İşçilərinin bu vəziyyətdə olması onları heç maraqlandırmır”.

Source link