Mübariz Qurbanlı “Qaloş piri”ndən danışdı

Mübariz Qurbanlı “Qaloş piri”ndən danışdı

Baxış sayı: 2. 629 dəfə baxılıb.

Mübariz Qurbanlı “Qaloş piri”ndən danışdı

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Qaloş piri” ilə bağlı yayılan görüntülərə münasibət bildirib.

ÇıxışYolu.Com-ın məlumatına görə, o, Goranboyda qeydə alınan həmin görüntülərin təəssüf hissi doğurduğunu deyib:

“Komitənin orada daimi olaraq bu cür tədbirlərin keçirilməsi ilə bağlı məlumatı yox idi. Bizim qurumun yerli şöbəsi həmin məkanda araşdırma aparıb, adamlara izah və xəbərdarlıq olunub ki, bu cür hərəkətlər qanunazidd və xurafatdır. Əminəm ki, onlar da müəyyən nəticə çıxarıblar və bu hal təkrar olunmayacaq”.

M.Qurbanlı əlavə edib ki, burada xurafat elementinin olması insanların müəyyən məsələləri kifayət qədər bilməməsindən irəli gəlir:

“Çünki bilirik ki, insanın sağlam olması öz əlindədir və səhhətində problem varsa, həkimə getməlidir. Zaman-zaman bu cür hadisələr, xurafat elementləri başqa ölkələrdə də rast gəlinir. Təbii ki, bunlar olmamalıdır. Bunun da qarşısını almaq üçün maarifləndirici iş görməli, vaxtında insanlara xəbərdarlıq edilməlidir ki, bu cür hərəkətlər qanunaziddir.

Əslində, bu, dini fəaliyyət deyil. Bunu dinlə bağlamaq düzgün deyil. Biz üzərimizə düşən öhdəliyi bilirik və lazımi tədbirləri görürük”.

İlhamə Əbülfət