bda6603d-e1cc-4d0e-b03b-a701b615bd0b..jpg

Müdafiə naziri antiterror tədbirləri zamanı yaralanan hərbi qulluqçularla görüşüb – FOTO/VİDEO

Baxış sayı: 519 dəfə baxılıb.

Müdafiə naziri antiterror tədbirləri zamanı yaralanan hərbi qulluqçularla
görüşüb – FOTO/VİDEO

Sentyabrın 24-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik
Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Müdafiə Nazirliyinin Baş Klinik
Hospitalını ziyarət edib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin hospitalın həyətində
ucaldılmış abidəsi önünə gül dəstəsi qoyulub. Ulu Öndərin və Azərbaycanın
suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir
dəqiqəlik sükutla yad edilib.

Müdafiə Nazirliyinin rəhbər heyəti Azərbaycanın Qarabağ bölgəsində keçirilən
lokal xarakterli antiterror tədbirləri zamanı yaralanan və hospitalda müalicə
olunan hərbi qulluqçularla görüşərək onların səhhəti və qayğıları ilə
maraqlanıb.

Müdafiə nazirinə məruzə olunub ki, hospitalda yaralı hərbçilərimizin müalicəsi
üçün bütün tibbi personal yüksək peşəkarlıqla fəaliyyət göstərir.
Nazir palatalarda müalicə olunan hərbi qulluqçulara baş çəkib, onların
səhhəti və reabilitasiya prosesi ilə maraqlanıb, tezliklə sağalaraq xidmət
yerlərinə qayıtmalarını arzulayıb.

Müdafiə naziri antiterror tədbirləri zamanı ağır relyef şəraitində
hərbçilərimizin qəhrəmanlıq, şücaət və peşəkarlıq nümayiş etdirərək qısa müddət
ərzində bütün istiqamətlər üzrə əldə etdiyi əhəmiyyətli dərəcədə hərbi
uğurların Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş
Komandanıİlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.

Sonda nazir yaralı hərbi qulluqçularımıza göstərilən xidmətin daha keyfiyyətli
təşkil olunması ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.


Source link