c3f3a115-94bb-40e0-9ff6-7224b12028d5..jpg

Müdafiə naziri Türkiyənin yeni hərbi attaşesini qəbul edib – FOTO

Baxış sayı: 462 dəfə baxılıb.

Müdafiə naziri Türkiyənin yeni hərbi attaşesini qəbul edib – FOTO

Sentyabrın 6-da Türkiyə Respublikasının Azərbaycan Respublikasına yeni təyin
edilən hərbi attaşesi general Soner Oruçoğlu müdafiə naziri general-polkovnik
Zakir Həsənova təqdim olunub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qonağı salamlayan müdafiə naziri onu ölkəmizdə fəaliyyətə başlaması münasibəti
ilə təbrik edib. General-polkovnik Z.Həsənov Vətən müharibəsində qardaş
Türkiyənin göstərdiyi mənəvi və siyasi dəstəyə görə minnətdarlığını ifadə edib.
Azərbaycanın müdafiə naziri iki qardaş ölkənin dövlət başçılarının səmimi
münasibətlərinin digər sahələrdə olduğu kimi, hərbi əməkdaşlığa da müstəsna
təsirini xüsusi vurğulayıb.

Nazir Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş
Komandanıİlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunda aparılan
islahatlar, azad edilən ərazilərdə görülən işlər, həmçinin
Azərbaycan-Ermənistan şərti sərhədi və Qarabağ iqtisadi rayonundakı əməliyyat
şəraiti barədə məlumat verib.

General-polkovnik Z.Həsənov general S.Oruçoğluya Azərbaycan-Türkiyə arasında
hərbi əməkdaşlığın genişləndirilməsi sahəsində gələcək fəaliyyətində uğurlar
arzulayıb.

Göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən general S.Oruçoğlu
ölkəmizdə hərbi attaşe kimi fəaliyyətə başlamasından məmnunluğunu ifadə edib.
Hərbi attaşe Azərbaycan-Türkiyə əlaqələrinin, o cümlədən hərbi sahədə
əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın
inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair
ətraflı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Türkiyə Respublikasının Azərbaycan Respublikasında yeni təyin
edilən hərbi attaşesi müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun
Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və Hərbi Dəniz Qüvvələrinin
komandanı vitse-admiral Sübhan Bəkirov ilə də görüşüb.

Source link