7f37ce06-0da9-4bde-85ec-55b79e3c3d84..jpg

Müdafiə naziri xidməti-döyüş fəaliyyətinə dair göstərişlər verdi – FOTO

Baxış sayı: 709 dəfə baxılıb.

Müdafiə naziri xidməti-döyüş fəaliyyətinə dair göstərişlər verdi – FOTO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
İlham Əliyevin tapşırığına əsasən yanvarın 3-də müdafiə naziri
general-polkovnik Zakir Həsənov Quru Qoşunlarının qərargahında olub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

General-polkovnik Z.Həsənov Quru Qoşunlarının Döyüşü İdarəetmə Mərkəzində
əməliyyat şəraiti ilə bağlı məruzələri dinləyib, xidməti-döyüş fəaliyyətinə
dair müvafiq göstərişlər verib.

Sonra Quru Qoşunlarının idarə heyəti ilə keçirilən xidməti müşavirədə görülən
işlərin təhlili aparılıb, döyüş hazırlığının və hərbi qulluqçuların peşəkarlıq
səviyyələrinin daim yüksək səviyyədə saxlanılması, eləcə də bölmələrin və
idarəetmə məntəqələrinin praktiki məşq etdirilməsi ilə bağlı göstərişlər
verilib.

General-polkovnik Z.Həsənov Ali Baş Komandanın Azərbaycan Ordusunun qarşısında
qoyduğu tapşırıqları aidiyyəti üzrə komandir-rəis heyətinin diqqətinə çatdırıb.
Müşavirə iştirakçılarına 2023-cü ildə xidmətlərində uğurlar arzulayıb.

Source link