07c2945c-9ae5-4b72-83a2-71e1635035f7..jpg

Müdafiə nazirinin müavini Türkiyənin Gəncə şəhərindəki baş konsuluna başsağlığı verib

Baxış sayı: 762 dəfə baxılıb.

Müdafiə nazirinin müavini Türkiyənin Gəncə şəhərindəki baş konsuluna
başsağlığı verib

Fevralın 7-də müdafiə nazirinin müavini – Quru Qoşunlarının komandanı
general-leytenant Ənvər Əfəndiyev Türkiyə Respublikasının Gəncə şəhərindəki baş
konsulu Recep Öztop ilə görüşüb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, general-leytenant Ə.Əfəndiyev Türkiyədə baş verən güclü zəlzələ
nəticəsində insanların həlak olması və xəsarət alması ilə bağlı başsağlığı
verib. Azərbaycanın hər zaman dost və qardaş ölkə Türkiyənin yanında olduğunu
qeyd edib.

Baş konsul R.Öztop isə öz növbəsində göstərilən dəstəyə görə təşəkkürünü ifadə
edib.

Source link