856ec6ec-c4bd-42dc-a8b2-bea9cfa451d3..jpg

Müdafiə nazirinin müavini Türkiyənin Naxçıvandakı Baş konsulluğunda olub, başsağlığı verib – FOTO

Baxış sayı: 796 dəfə baxılıb.

Müdafiə nazirinin müavini Türkiyənin Naxçıvandakı Baş konsulluğunda olub,
başsağlığı verib – FOTO

Azərbaycan müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordu komandanı,
general-polkovnik Kərəm Mustafayev Türkiyənin Naxçıvandakı Baş konsulluğunda
olub.

“Report”un Naxçıvan bürosu xəbər verir ki, o, Türkiyənin Naxçıvandakı baş
konsulu Asip Kaya ilə görüşüb.

Görüşdə general Türkiyədə baş verən güclü zəlzələ nəticəsində insanların həlak
olması və xəsarət alması ilə bağlı başsağlığı verib.

A.Kaya isə öz növbəsində göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Həmçinin Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri Daşqın Rəhimov və
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Naxçıvan Muxtar Respublikasındakı
idarəsinin rəisi Vüsal Ələkbərli də Türkiyənin Naxçıvandakı Baş konsulluğunda
olublar, A.Kaya ilə görüşərək həlak olanlara başsağlığı veriblər, yaralılara
şəfa diləyiblər.

Source link