09720f10-beb1-4b6e-be28-b10f087d96e1..jpg

Müdafiə nazirinin müavinləri Kəlbəcərdə döyüş mövqelərində olublar – FOTO/VİDEO

Baxış sayı: 4. 149 dəfə baxılıb.

Müdafiə nazirinin müavinləri Kəlbəcərdə döyüş mövqelərində olublar – FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan Ordusunda xidmət edən
hərbi qulluqçuların sosial-məişət və xidmət şəraitinin yaxşılaşdırılması,
həmçinin döyüş hazırlığının yüksəldilməsi ilə bağlı həyata keçirilən tədbirlər
davam edir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə nazirinin tapşırığına uyğun olaraq nazir müavinləri – Maddi-Texniki
Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov və Quru Qoşunları
komandanı general-leytenant Ənvər Əfəndiyev Kəlbəcər rayonu ərazisində yeni
inşa edilmiş yerləşmə məntəqələrinə baxış keçiriblər və döyüş mövqelərində
xidmət edən hərbi qulluqçularla görüşüblər.

Bildirilib ki, yeni yerləşmə məntəqələrində qoşun xidmətinin yüksək səviyyədə
təşkili üçün yüksək peşəkarlıqla tikinti-quruculuq işləri aparılıb və bütün
zəruri şərait yaradılıb.
Burada qərargah, lazımi mətbəx avadanlıqları ilə tam təchiz olunan
yeməkxanalar, tibb məntəqələri, əsgər yataqxanaları, hamam-camaşırxana
kompleksləri, müxtəlif təyinatlı anbarlar, döyüş və avtomobil texnikasının
saxlanması üçün park, eləcə də digər infrastruktur obyektləri mövcuddur.

Yerləşmə məntəqələrində işıq, su və dayanıqlı rabitə, xətləri çəkilib,
mərkəzləşdirilmiş istilik sistemi, eləcə də fasiləsiz elektrik enerjisinin
təminatı üçün generatorlar və günəş panelləri ilə təchiz edilib.

Şəxsi heyətin məişət şəraiti ilə tanış olduqdan sonra onların döyüş hazırlığı
yoxlanılıb. Hərbi qulluqçular sərt iqlim və kəskin relyefli ərazilərdə hərəkəti
təmin edən xüsusi təyinatlı texnikadan və tanklardan istifadə etməklə qarşıya
qoyulan tapşırıqları müvəffəqiyyətlə icra ediblər.

Daha sonra Kəlbəcərdə yerləşən bir neçə döyüş mövqeyində olan nazir müavinləri
burada hərbi qulluqçuların xidməti-döyüş fəaliyyəti ilə maraqlanıblar.

Məruzə olunub ki, azad edilmiş ərazilərdə xidmət edən şəxsi heyətin döyüş ruhu
və mənəvi-psixoloji hazırlığı yüksək səviyyədədir.

Hərbi qulluqçularla görüşən nazir müavinləri onların döyüş hazırlığını yüksək
qiymətləndirib və qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü,
eləcə də Yeni il münasibətilə müdafiə nazirinin təbriklərini şəxsi heyətə
çatdırıb və bayram hədiyyələrini təqdim ediblər.


Source link