1f6958d8-52a3-45c5-8afd-650f5894423a..jpg

Müdafiə nazirinin sabiq müavini 15 milyon manat mənimsəmədə təqsirləndirilir – FOTO

Baxış sayı: 588 dəfə baxılıb.

Müdafiə nazirinin sabiq müavini 15 milyon manat mənimsəmədə təqsirləndirilir –
FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilən müdafiə nazirinin sabiq
müavini, Maddi-Texniki Təminat Baş İdarəsinin keçmiş rəisi, mərhum
general-leytenant Fuad Məmmədov, şirkət əməkdaşı – Fuad Şeydabəyov və Azər
Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə
keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib.

Prokuror ittiham aktının nəticəvi hissəsini elan edib.

İttihama görə, mərhum general Fuad Məmmədov iki nəfər şirkət rəsmisi – Fuad
Şeydabəyov və Azər Xəlilovla əlbir olaraq 15 milyon manata yaxın dövlət
vəsaitini mənimsəyiblər.

İttihama münasibət bildirən şirkət əməkdaşları özlərini təqsirli bilməyiblər.

Fuad Məmmədovun oğlu bu iş üzrə hüquqi varis kimi tanınıb. O da ittihama
münasibət bildirən zaman atasının təqsirsiz olduğunu deyib və atasıyla bağlı
hissədə cinayət işinə xitam verilməsini xahiş edib.

Məhkəmədə o da məlum olub ki, mərhum generalın külli miqdarda qiymətləndirilən
əmlakları üzərinə də həbs qoyulub.

Qeyd edək ki, general Fuad Məmmədov 2018-2020-ci illərdə müdafiə nazirinin
maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi
olub. O, 2020-ci ildə vəfat edib.

Source link