34e960db-6105-45ef-a3d9-c62493f0ad8a..jpg

Müdafiə Nazirliyi ehtiyatda olan hərbçilərlə bağlı məlumat yaydı – FOTO/VİDEO

Baxış sayı: 521 dəfə baxılıb.

Müdafiə Nazirliyi ehtiyatda olan hərbçilərlə bağlı məlumat yaydı – FOTO/VİDEO

2023-cü ilin hazırlıq planına əsasən, “N” hərbi hissəsində ehtiyatdan
çağırılan bir qrup hərbi vəzifəlilərin iştirakı ilə keçirilən təlim toplanışı
başa çatıb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Toplanış müddətində hərbi vəzifəlilərlə döyüş hazırlığı üzrə məşğələlər
keçirilib, onlara silah və texnikanın taktiki-texniki xüsusiyyətləri, eləcə də
düzgün istifadə qaydaları öyrədilib.

Həmçinin, hərbi vəzifəlilərin mənəvi-psixoloji vəziyyətləri yoxlanılıb,
onlarla milli-mənəvi dəyərlərə sadiqlik, dövlətçilik və vətənpərvərlik ruhunda
maarifləndirici söhbətlər aparılıb.

Təlim toplanışı başa çatdıqdan sonra hərbi vəzifəlilər aidiyyəti dövlət
qurumunun nümayəndələrinin müşayiəti ilə yaşayış yerlərinə yola salınıblar.


Source link