812173ef-35fd-4218-a550-b6bbeb962910..jpg

Müdafiə Nazirliyi: “Erməni əsilli sakinlərin təxliyə kolonuna atəş açılması xəbəri yalandır” – YENİLƏNİB

Baxış sayı: 415 dəfə baxılıb.

Müdafiə Nazirliyi: “Erməni əsilli sakinlərin təxliyə kolonuna atəş açılması
xəbəri yalandır” – YENİLƏNİB

Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz
tərəfindən erməni əsilli sakinləri təxliyə edən Rusiya sülhməramlı
kontingentinə məxsus kolonun atəşə tutulması barədə yayılan məlumatlar tamamilə
yalandır və dezinformasiya xarakteri daşıyır.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

“Belə əsassız iddiaları qəti surətdə təkzib edirik”, – məlumatda deyilir.

00:20

Azərbaycan Silahlı Qüvvələri Rusiya sülhməramlı kontingentinin (RSK) konvoyunu
atəşə tutmayıb.

Bu barədə “Caliber”ə hərbi mənbələrdən məlumat verilib.

“Azərbaycan Silahlı Qüvvələrinin erməni sakinləri kəndlərdən təxliyə edən
Rusiya sülhməramlılarının konvoyunu guya atəşə tutması ilə bağlı yayılan
məlumatlar həqiqəti əks etdirmir. Azərbaycan hər hansı faciənin qarşısını almaq
üçün öz fəaliyyətini RSK ilə sıx əlaqələndirir”, – mənbə bildirib.

Source link