6a9e593e-1fd5-4219-891a-5e0620b29cc3..jpg

Müdafiə Nazirliyi gənc əsgərlərin ailə üzvləri və yaxınlarına müraciət etdi – FOTO/VİDEO

Baxış sayı: 397 dəfə baxılıb.

Müdafiə Nazirliyi gənc əsgərlərin ailə üzvləri və yaxınlarına müraciət etdi –
FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gənc əsgərlərin ailə üzvləri və yaxınları ilə görüşü məhdudlaşdırılıb.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının
icrası ilə bağlı Azərbaycan Ordusunun təlim hərbi hissələrində gənc əsgərlərin
qəbulu prosesi davam edir.

Hərbi hissələrin qəbul məntəqələrində qeydiyyatdan keçdikdən sonra
çağırışçılar tibb məntəqələrində hərbi həkim komissiyası tərəfindən təkrar
müayinə olunurlar. Daha sonra mövsümə uyğun hərbi geyim və digər təminat
növləri ilə təmin edilirlər.

Təlim hərbi hissələrində gənc əsgərlərin hazırlığı proqramına uyğun olaraq
çağırışçılarla fərdi hazırlıq məşğələləri keçirilir, onlara hərbi xidmətin
xüsusiyyətləri, təhlükəsizlik qaydaları, nizamnamələrin tələbləri çatdırılır.

Ölkəmizdə mövsümü xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma
halları nəzərə alınaraq gənc əsgərlərin ailə üzvləri və yaxınları ilə görüşü
məhdudlaşdırılıb.

“Vətəndaşlardan hərbi qulluqçularımızın sağlamlığına xüsusi diqqət
yetirilməsi, şəxsi heyətin respirator virus infeksiyalara yoluxma hallarının
qarşısının alınması məqsədilə görülən tədbirləri anlayışla qarşılamağı və hərbi
hissələrə gəlməməyi xahiş edirik”, – MN-dən bildirilib.


Source link