9df1ee33-b96d-4ec3-b0ad-661ed15c2a82..jpg

Müdafiə Nazirliyi hərbçilərin pensiya yaşının artırılmasına münasibət bildirib

Baxış sayı: 384 dəfə baxılıb.

Müdafiə Nazirliyi hərbçilərin pensiya yaşının artırılmasına münasibət bildirib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə
tələbinin 20 təqvim ilindən 25 təqvim ilinə çatdırılmasının səbəbi açıqlanıb.

“Report”un əldə etdiyi məlumata görə, bunu Müdafiə Nazirliyinin Hüquq
İdarəsinin rəisi Elçin Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin
bugünkü iclasında “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə
haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və
“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişiklik layihəsinin
birinci oxunuşda müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycan Ordusunda xidmət etmək istəyənlərin
sayı çoxalır:

“Biz yaş həddini artırmaqla onlara inkişaf və orduda xidmət etməyə şərait
yaradırıq. Bunu etməklə də onların pensiyaya çıxmaq hüququnu pozmamaq üçün
həmin faizləri də üstünə gəlirik. Hətta bu faizlərin digər qurumlarda 2 faiz
olmasına baxmayaraq, biz 3 faiz üzərinə gələcəyik”.

Qeyd edək ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna və “Hərbi
xidmətkeçmə haqqında” Əsasnamətə təklif edilən dəyişikliklə dövlət tərəfindən
yetişdirilməsinə zaman və resurs sərf edilmiş hərbi qulluqçuların formalaşmış
təcrübəsindən daha uzun müddət istifadə etmək məqsədilə hərbi qulluqçu kimi
pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə tələbinin 20 təqvim ilindən 25 təqvim
ilinə çatdırılması təklif olunur. Qeyd olunan dəyişiklik hərbi qulluqçuların
pensiya təminatında hər hansı azalmanı istisna etməklə, bir sıra qurumların
hərbi qulluqçularının pensiya təminatında artımı nəzərdə tutur.

Source link