061c78f6-e453-43a8-ac16-bb6e1fcec5e5..jpg

Müdafiə Nazirliyi ilə Ombudsman Aparatı birgə tədbirlər planı imzalayıb

Baxış sayı: 807 dəfə baxılıb.

Müdafiə Nazirliyi ilə Ombudsman Aparatı birgə tədbirlər planı imzalayıb

Müdafiə Nazirliyi ilə İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı
arasında “Ombudsman təsisatı hərbi qulluqçuların hüquqlarının müdafiəsi ilə
bağlı aparılan işlər” mövzusunda, həmçinin insan hüquqlarının qorunması
vəziyyətinin öyrənilməsi ilə əlaqədar 2023-cü il üçün birgə tədbirlər planı
imzalanıb.

Bu barədə Müdafiə Nazirliyindən məlumat yayıb..

Plana əsasən cari il ərzində Müdafiə Nazirliyinin tabeliyində olan qoşun
(qüvvə) növü, birlik, birləşmə və hərbi hissələrdə, o cümlədən xüsusi təyinatlı
təhsil müəssisələrində keçirilməsi nəzərdə tutulan tədbirlərin yeri, vaxtı və
məsul şəxslər müəyyənlləşdirilib.

Keçiriləcək tədbirlərdə hərbi qulluqçuların hüquqlarının müdafiəsi, insan
hüquqlarının qorunması vəziyyətinin öyrənilməsi ilə əlaqədar bir sıra görüşlər
keçiriləcək, eləcə də müxtəlif mövzularda məruzələr dinləniləcək və ətraflı
fikir mübadiləsi aparılacaq.

Source link