Müdafiə Nazirliyi növbəti erməni yalanını ifşa etdi

Müdafiə Nazirliyi növbəti erməni yalanını ifşa etdi

Baxış sayı: 2. 480 dəfə baxılıb.

Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın Baqanes – Voskepar avtomobil yolunu atəşə tutması barədə erməni mətbuatının yaydığı məlumat növbəti uydurmadır.

ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan mətbuatının yaydığı xəbərlə bağlı Trend-in sorğusuna cavab olaraq bildirib: 

“Bu erməni tərəfinin növbəti təxribat xarakterli yalanıdır”.

Qeyd edək ki, erməni mətbuatı bu gün Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın Baqanes-Voskepar avtomobil yolunu guya atəşə tutması barədə məlumat yayıb.

www.ÇıxışYolu.Com