2f38a49b-b71c-4e2b-b20d-eb5dcd5b18ad..jpg

Müdafiə Nazirliyi sürücü ixtisası üzrə kursa qəbul elan edir – VİDEO

Baxış sayı: 796 dəfə baxılıb.

Müdafiə Nazirliyi sürücü ixtisası üzrə kursa qəbul elan edir – VİDEO

Müdafiə Nazirliyi sürücü ixtisası üzrə mütəxəssislərin hazırlanması üçün
“Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na
qəbul elan edir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Kursa daxil olmaq arzusunda olan ən azı ümumi orta təhsilli, qanunla
müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30 yaşınadək
hərbi vəzifəlilər 2023-cü il mart ayının 18-dək Pirəkəşkül qəsəbəsi, Gəncə və
Bərdə şəhərlərindəki hərbi hissələrdə fəaliyyət göstərən qəbul komissiyalarına
müraciət edə bilərlər.

Sürücü ixtisası üzrə “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi
qulluqçularının hazırlığı kursu”na qəbul olunmaq üçün müraciət etmiş
vətəndaşlar qəbul komissiyaları tərəfindən hərbi xidmətə yararlılıq
dərəcələrinin müəyyən edilməsi məqsədi ilə Müdafiə Nazirliyinin müvafiq tibb
müəssisələrinə göndərilir. Hərbi Həkim Komissiyalarının qərarına əsasən, hərbi
xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılır.

Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları,
ünsiyyət qurmaq, liderlik və qərar qəbuletmə bacarıqları, həmçinin
fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən
imtahanları müvəffəqiyyətlə vermiş namizədlər kursa qəbul edilir.

Kursu müvəffəqiyyətlə başa vuran şəxslərlə üç il müddətinə bağlaşma imzalanır
və onlar hərbi hissələrdə müvafiq vəzifələrə təyin olunur.

Namizədlər qəbul komissiyalarına müraciət edərkən aşağıdakı sənədləri təqdim
etməlidir:

– kursa qəbul olunmaq barədə ərizə (qəbul komissiyasının sədrinə);

– şəxsən yazılmış tərcümeyi-hal (əlyazma ilə 1 nüsxədə, çap edilmiş 2 nüsxədə);

– xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə;

– təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti (1 nüsxədə);

– doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (1
nüsxədə);

– şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti (1 nüsxədə);

– nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli
olduqda, 1 nüsxədə);

– uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş
surətləri (uşaq olduqda, 1 nüsxədə);

– evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və
yaşayış yeri haqqında arayış (1 nüsxədə);

– 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas, 2 ədəd 3×4 sm və 2 ədəd 4,5×6
sm ölçüdə);

– qeydiyyatda olduğu poliklinikadan (dəri-zöhrəvi, vərəm, ruhi-əsəb, narkoloji
və son 5 (beş) ildə infeksion xəstəliklərlə bağlı müraciət edib-etməməsi
barədə) arayış;

– hərbi biletin bütün vərəqlərinin notarial qaydada təsdiq olunmuş surəti (1
nüsxədə).

Sənədlərin qəbulu həyata keçiriləcək ünvanlar: Pirəkəşkül qəsəbəsi, Gəncə və
Bərdə şəhərlərindəki hərbi hissələr.

Müraciət etmə vaxtı: 2023-cü il martın 18-dək hər gün (bazar günləri istisna
olmaqla) saat 09.00-dan 18.00-dək.

Qeyd: Müddətdən artıq həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında”
Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq
olaraq ehtiyata buraxılmış və ya məhkumluğunun ödənilməsindən asılı olmayaraq
məhkum olunmuş hərbi vəzifəlilərin kursa qəbul üçün müraciət etməmələri xahiş
olunur.


Source link