61be13e4-b435-4495-84b1-4b4eaa7b57b9..jpg

Müdafiə Nazirliyi təkzib verdi: Azərbaycan Ordusu Ermənistan mövqelərinə atəş açmayıb

Baxış sayı: 405 dəfə baxılıb.

Müdafiə Nazirliyi təkzib verdi: Azərbaycan Ordusu Ermənistan mövqelərinə atəş
açmayıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan Ordusunun bölmələri tərəfindən noyabrın 18-i saat 09:50
radələrində Ermənistan silahlı qüvvələrinin Dəvəli rayonu istiqamətində
yerləşən mövqelərinə guya atəş açılması və nəticədə bir hərbi qulluqçunun
yaralanması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat tamamilə
yalandır”.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

“Qarşı tərəfin təxribat xarakterli məlumatını qəti surətdə təkzib edirik.
Ermənistan müdafiə nazirliyi ordusunda mövcud olan özbaşınalıqları ört-basdır
etmək məqsədilə real əsası olmayan məlumatları yaymaqda davam edir”, – deyə
məlumatda qeyd edilib.

Source link