03d5905d-7fa1-4fe8-b6fd-478f0c253378..jpg

Müdafiə Nazirliyi və Hərbi Prokurorluq arasında birgə tədbirlər planı imzalanıb

Baxış sayı: 446 dəfə baxılıb.

Müdafiə Nazirliyi və Hərbi Prokurorluq arasında birgə tədbirlər planı imzalanıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2024-cü ildə Azərbaycan Ordusunda hüquq qaydalarının və hərbi intizamın
möhkəmləndirilməsi, cinayət hadisələrinin qarşısının alınması məqsədilə Müdafiə
Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu arasında birgə tədbirlər planı
imzalanıb.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunur ki, plana müvafiq olaraq, cari ildə nəzərdə tutulan birgə
tədbirlərin icra vaxtı, keçirilmə yeri və məsul şəxslər müəyyənləşdirilib.

2024-cü il ərzində Müdafiə Nazirliyinin tabeliyində olan qoşun (qüvvə) növü,
birlik, birləşmə və hərbi hissələrdə, həmçinin xüsusi təyinatlı təhsil
müəssisələrində müxtəlif kateqoriyalardan olan hərbi qulluqçularla keçiriləcək
görüşlərdə şəxsi heyətin hüquqi biliklərinin artırılması, nizam-intizamın və
hüquq qaydalarının möhkəmləndirilməsi, mövcud problemlərin aradan qaldırılması
istiqamətində müəyyən olunmuş tədbirlər və digər fəaliyyətlər icra olunacaq.

Source link